AZ

“Simpsonlar” Harrisinin qələbə çalacağını göstərib – 24 il əvvəlki epizod özünü doğruldacaqmı?

ABŞ-nin nüfuzlu media qurumları “öncəgörmələri” ilə məşhur olan “Simpsonlar” cizgi serialının hələ 24 il əvvəl Demokrat namizəd Kamala Harrisinin ABŞ prezidenti seçiləcəyinə dair verdiyi işarələri manşetə çevirib.

“Euronews” beynəlxalq telekanalı xəbər verir ki, serial ABŞ-də bu gün start götürən prezident seçkilərində demokrat namizəd Kamala Harrisin qalibi ola biləcəyinə inandırmağa çalışır.

Müxtəlif sorğu şirkətləri, siyasi ekspertlər Demokratlar Partiyasının namizədi Kamala Harrisin, yoxsa Respublikaçılar Partiyasının namizədi Donald Trampın qalib gələcəyi barədə birmənalı proqnoz verməkdə çətinlik çəkirlər.

Uzun müddətdir davam edən “Simpsonlar” cizgi serialının bəzi epizodlarında Kamala Harrisin qələbə qazanacağına dair işarələr var.

Serialın “Gələcəkdə Bart” (2000-ci ilin buraxılışı) epizodunda Liza Simpson ABŞ tarixində ilk qadın prezident olur. Bu epizodda “Simpsonlar”ın animatorları Lizaya mirvari boyunbağı, bənövşəyi kostyum və böyük mirvari sırğalar hədiyyə edirlər.

Kamala Harris 2021-ci il yanvarın 20-də ABŞ-ın vitse-prezidenti kimi and içərkən məhz belə geyinmişdi.

Seçilən
4
1
tribunainfo.az

2Mənbələr