AZ

Olimpiya çempionu olan iki boksçu qız kişi çıxdı

Fransız jurnalist Jaffar Ait Audia, cinsiyyət testindən keçə bilməyən əlcəzairli boksçu İman Xelif haqqında açıqlanan məlumat yayıb. Təqdim olunan tibbi hesabatlardan belə çıxır ki, idmançının xayaya malik olması təsbit olunub.

Musavat.com xəbər verir ki, “Le Correspondent” saytının məlumatına görə, Xelifin uşaqlığı yoxdur, əksinə, daxili xayası var. Bundan əlavə, hormonal test zamanı idmançıda kişilər üçün xarakterik olan testosteron səviyyəsinin olduğu müəyyən edilib.

2023-cü ildə Beynəlxalq Boks Assosiasiyası, uyğunluq meyarlarına cavab vermədiyi üçün Xelifi dünya çempionatı zamanı dayandırmışdı. Cinsiyyət testinin nəticələri idmançının XY xromosomlarına malik olduğunu və testosteron səviyyəsinin yüksəldiyini üzə çıxarıb.

2024-cü ildə Parisdə keçirilən Olimpiya oyunlarında boksçu Xelif 66 kiloqrama qədər çəki dərəcəsində qızıl medal qazanıb. Final görüşündə Xelif çinli Yang Liu ilə döyüşüb. Hakimlər yekdilliklə qələbənin əlcəzairli idmançıya verilməsinə qərar veriblər.

Xelifin Olimpiadada iştirakı və yarışdakı qələbəsi ətrafında genişmiqyaslı qalmaqal yaranıb. O, mediada təqibə məruz qalıb və bunu dayandırmağə tələb edib.

Beynəlxalq Boks Assosiasiyası (ABB) gender testindən keçə bilməyən Xelifin qələbəsindən təəssüfləndiyini bildirib. Təşkilat uyğun olmayan idmançılarla yarışmanın qadın boksçular üçün təhlükəli və ədalətsiz olduğunu bildirib. Doğrudan da onun zərbələri rəqiblərinə sarsıdıcı təsir göstərirdi, hətta idmançılardan biri döyüşü birinci raundda dayandırmışdı.

Sonradan o da məlum olub ki, gender testindən keçə bilməyən ikinci boksçu Tayvan təmsilçisi Lin Yutinq Paris olimpiadasında 57 kiloqram çəki dərəcəsində qadınlar arasında boks turnirinin finalında qalib gəlib.

Musavat.com

Seçilən
25
musavat.com

1Mənbələr