AZ

“Simpsonlar”ın proqnozu doğrulacaq? - Serial Harrisin qələbəsinə işarə edir

Çoxlarına məlumdur ki, “Simpsonlar” cizgi serialı gələcəyi proqnozlaşdırmaq üçün maraqlı ipucları verir. Serial 5 noyabr tarixində ABŞ-da keçirilən president seçkilərində democrat namizəd Kamala Harrisin qalibi ola biləcəyinə inandırmağa çalışır.

Modern,az xəbər verir ki, “Euronews” yenidən bu mövzuya müraciət edib.

ABŞ-dakı pfrezident seçkilərinə saatlar qalıb və mübarizə demək olar ki bərabər şəraitdə gedir.

Elə bu səbəbədən də siyasi ekspertlər Demokratlar Partiyasının namizədi Kamala Harrisin, yoxsa Respublikaçılar Partiyasının namizədi Donald Trampın qalib gələcəyi barədə birmənalı proqnoz verməkdə çətinlik çəkirlər.

Uzun müddətdir davam edən “Simpsonlar” cizgi serialının bəzi epizodlarında Kamala Harrisin qələbə qazanacağına dair işarələr var.

Serialın "Gələcəkdə Bart" (2000-ci ilin buraxılışı) epizodunda Liza Simpson ABŞ tarixində ilk qadın prezident olur. Bu epizodda “Simpsonlar”ın animatorları Lizaya mirvari boyunbağı, bənövşəyi kostyum və böyük mirvari sırğalar hədiyyə edirlər..

Kamala Harris 2021-ci il yanvarın 20-də ABŞ-ın vitse-prezidenti kimi and içərkən məhz belə geyinmişdi.

İndi epizod yenidən xarici KİV-lərin manşetlərinə çevrilib.

Seçilən
11
1
hurriyyet.az

2Mənbələr