AZ

Yumurtaları belə saxlasanız, xarab olmayacaq – “Amerikan üsulu”

Yumurtaları düzgün saxlamaq onların təzəliyini qorumaq üçün çox vacibdir, lakin bununla bağlı hər kəsi düşündürən bir sual var. Yumurtaları soyuducuda saxlamaq lazımdır, yoxsa otaq temperaturunda? 

News24.az xəbər verir ki, Məşhur kulinar Meri Berri bu mövzuda açıqlama verərkən ən doğru üsulun “Amerikan üsulu” olduğunu bildirib.

Berri yumurtaları soyuducuda saxlamağın ən yaxşı variant olduğunu deuib. O, yumurtaların qabıqları istənməyən qoxuları qəbul edə bildiyi üçün onları sərin bir mühitdə öz karton qutularında saxlamağın daha sağlam olduğunu vurğulayıb. Berri həmçinin yumurtaları karton qutuda tərsinə çevirməyi tövsiyə edir ki, sarısı ağın ortasında daha bərabər yerləşsin və təravətini daha uzun müddət saxlasın.

Böyük Britaniyada bir çox insan yumurtanı otaq temperaturunda saxlasa da, Amerikada onları soyuducuda saxlamaq adi bir təcrübədir. 

Qida təhlükəsizliyi mütəxəssisləri də bu məsələdə eyni fikirdədirlər. “Essential Food Hygiene UK”dən Jenna Kelli yumurtaların soyuducuda saxlanmasının qida zəhərlənməsi riskini azaltmağa kömək etdiyini söyləyib. Bundan əlavə, Kelli yumurtaların temperatur dəyişikliklərinə həssas olduğunu, ona görə də onları soyuducuda saxlamağın ən yaxşısı olduğunu bildirib.


Aynurə



Seçilən
14
news24.az

1Mənbələr