AZ

Ramos Argentina klubu ilə danışıq aparır

Serxio Ramosun gələcək karyerası ilə bağlı növbəti xəbər yayılıb.

Məşhur ispaniyalı futbolçunun okeanın o tayında oynamaq şansı var.

İspaniya yığmasının və “Real”ın sabiq müdafiəçisi karyerasını Argentinada davam etdirə bilər. Bu barədə “Relevo”nun yaydığı məlumatda 38 yaşlı futbolçunun “Boka Xuniors”la danışıq apardığı bildirilib. İyulda “Sevilya”dan ayrılan futbolçu hazırda azad agent statusu daşıyır. Sentyabr və oktyabr aylarında onun adı “Yuventus”, “Zəmələk” (Misir) və “Əl-Oruba” (Səudiyyə Ərəbtanı) klubları ilə birgə hallanırdı.

İspaniya yığmasında 180 oyun keçirən və 23 qol vuran Ramos “Real”dakı 16 illik (2005-21) çıxışı ilə məşhurluq qazanıb. Madrid klubunu tərk edəndən sonra iki il PSJ-də də çıxış edən dünya və Avropa çempionu 2023-cü ildə doğma klubu “Sevilya”ya qaytımışdı.

Seçilən
44
football-plus.az

1Mənbələr