AZ

FHN-in Cənub Regional Mərkəzi təlim keçirib - Foto

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Lənkəran Tibb Kollecində “Fövqəladə hallarda özünü necə aparmalı” və “Yanğın təhlükəsizlik qaydalarına əməl etmək həyat fəaliyyətinin təhlükəsizliyinin qarantıdır” mövzusunda təlim keçirib...

Poliqon nazirliyə istinadən xəbər verir ki, təlimdə FHN-in cənub regionunda fəaliyyət göstərən müvafiq qurumlarının əməkdaşları və Lənkəran Tibb Kollecinin kollektivi iştirak edib.

Təlim 3 mərhələdən ibarət olub.

Təimin 1-ci mərhələsində Mərkəzin və nazirliyin yerli q urumlarının əməkdaşları təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış qaydaları, dəm qazı təhlükəsi və onun qarşısının alınması yolları, həmçinin ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydalarına dair iştirakçılara nəzəri məlumatlar verib, mövzularla bağlı fotoslaydlar nümayiş etdirilib.

Sonra təhsil müəssisələrinin təxliyyə planlarının düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik tədbirlərinə əməl edilməsinə nəzarətin artırılmasının, ehtiyat çıxış qapılarının və zirzəmilərin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmasının vacibliyi diqqətə çatdırılıb.

Təlimin 2-ci mərhələsində Cənub Regional Mərkəzinin və nazirliyin yerli qurumlarının texnika və avadanlıqları nümayiş etdirilib.

Təlimin 3-cü mərhələsində isə şərti yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra təlim iştirakçılarının təxliyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, "yanğınla" mübarizə tədbiri simulyasiya edilib. Həmçinin, təlim iştirakçılarına zərərçəkmişin xilas edilməsi və ilkin yardım nümayiş olunub.

Sonda xilasetmə alət və avadanlıqları barədə təlim iştirakçılarına məlumat verilib.

Fotolar

Poliqon.info

Seçilən
13
11
poliqon.info

10Mənbələr