AZ

Təktərəfli boşanmaq mümkündürmü? – Yalnız bu halda...

Azərbaycan boşanmaların çoxalması cəmiyyətin gözündə adiləşib. Statistika göstərir ki, evli cütlüklərin təxminən 50 faizi bir müddət sonra məhkəməyə müraciət edir.

Adətən, hər iki tərəfin ortaq razılğı ilə boşanma müraciəti bəzən təktərəfli də ola bilir. Daha doğrusu, ər və arvadın hər hansısa biri boşanmaya etiraz edir.

Belə hallarda məhkəmənin boşanma ilə bağlı qərarı necə olur?

Mövzu ilə bağlı danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, bu cür hallarda məhkəmə tərəflərə barışma üçün 3 aylıq müddət təyin edir. Əgər həmin müddətin sonunda tərəflərin qərar dəyişməzsə, boşanma prosesi baş tutur:

“Əgər ər-arvad arasında nikahın pozulması barədə razılıq yoxdursa, nikah məhkəmə qaydasında pozulur. Ailə Məcəlləsinin 20-ci maddəsinə görə, tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmazsa və ya hər hansı bir şəkildə buna etiraz bildirərsə, məhkəmə ər və arvadın barışması üçün 3 ay müddətində müəyyən etməklə, işi təxirə sala bilər.

3 ay sonra tərəflər arasında barışıq olmazsa, nikah məhkəmədə xiam verilir”.

Nazim Hacıyev

Mənbə: yenisabah.az

Seçilən
35
2
yenisabah.az

3Mənbələr