AZ

İranın nüvə obyektləri bombalansa, nə baş verəcək?

İranın

Yaxın Şərq tammiqyaslı regional müharibənin astanasındadır. İsrail bu yaxınlarda İrana cavab zərbələri endirib. O, İranın nüvə və neft obyektlərini hədəfə almaqdan yayınsa da, İsrail və İranın irəli-geri raket zərbələrinin ABŞ-ı Yaxın Şərqdə növbəti müharibəyə sürükləmə riski hələ də var.

Reyting.az
xəbər verir ki, bu barədə “National Interest” yazıb.

ABŞ nəşrinin təhlilində qeyd olunur ki, keçmiş baş naziri Naftali Bennett və Con Bolton kimi bir sıra şəxslər İsrail ordusunu İranın nüvə imkanlarına hücuma təşviq edib və hələ də təşviq edirlər:

JCPOA (nüvə sazişi – red.) suda boğulub, “şahinlər” İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün İsrailin yeganə variantının müharibə olduğunu iddia edirlər.

Bununla belə, İranın nüvə potensialına zərbə vurmağın lehinə olan dəlillər yersizdir. Hücum ehtimalı çox güman ki, İranı təhlükəsizliyini qorumaq üçün nüvə silahına ehtiyacı olduğuna inandıracaq. Əvvəl-axır Tehranın nüvə dəyənəyi ideal variant olmasa da, bu, son nəticədə İsrail və ya ABŞ üçün fəlakət demək deyil.

İrana qabaqcadan (preventiv) zərbə endirməyin tərəfdarları İsrailin İranın bütün nüvə imkanlarını məhv etmək qabiliyyətini çox yüksək qiymətləndirirlər. Hərbi kəşfiyyat həmişə qeyri-kamildir və çətin ki, İsrail İranın bütün nüvə obyektlərinin harada olduğunu bilir. Məsələn, İran hədəf almanı çətinləşdirmək üçün nüvə tədqiqat texnologiyasını və mərkəzlərini ölkə daxilində səpələyə bilər. Nüvə silahına malik olmaq üçün uranı lazım olan səviyyəyə qədər zənginləşdirməyə qadir olan yalnız iki zənginləşdirmə obyektinə malik olmasına baxmayaraq, o, öz nüvə obyektlərini yerin o qədər dərinliyində gizlədib ki, hətta ABŞ-nın hava hücumları belə onu məhv etməyə qadir deyil. Bu, İsrail üçün nüvə obyektlərininməhv edilməsi vəzifəsini çətinləşdirir və onları məhvetmə şansının daha yüksək olması üçün ABŞ-nın iştirakını vacibləşdirir.

İsrailin İranın bütün nüvə imkanlarını məhv etməsi ehtimalının çox aşağı olduğu ssenaridə belə, İran hələ də nüvə silahı istehsalı üçün lazımi “nou-hau”nu qoruyub-saxlayacaq. Məhz buna görə onun nüvə silahı heç vaxt öləziməyəcək; atom bombasının yoxluğu nüvə silahı yaratma qabiliyyətini aradan qaldırmır. Əgər İsrail İranı güc yolu ilə nüvəsizləşdirməyə çalışsa, o yalnız Tehranı buna inandıracaq, həqiqətən təhlükəsiz olmağın yeganə yolu nüvə arsenalı əldə etməkdir - beynəlxalq siyasətdə böyük bərabərlik.

İsrailin İranın nüvə obyektlərinə zərbələr endirməyin tərəfdarlarının iddiasına görə, Tehran İsraili məhv etmək üçün nüvə silahından istifadə edəcək. Tehranın əzəli məhv etməsi ümidi ilə bağlı keçmiş ritorikasına nəzər salsaq, bir çoxlarının bundan niyə narahat olduğunu anlamaq asandır. Bununla belə, İranın ritorikası ilə yanaşı, davranışını da araşdırmağa dəyər.

Güc, xüsusən də hərbi güc, hətta ən qüdrətlidövlətlər və liderlər üçün də məhdudiyyətlər qoyur. İsrail İrana ikinci zərbə endirmək üçün kifayət qədər nüvə silahına malikdir. Bu vəziyyət İranın sağ qalmasını risk altında saxlayacaq və onu İsrailə qarşı preventiv nüvə zərbəsi endirməkdən çəkindirəcək. İranın davranışı öz ölümü ilə bitəcək müharibəyə başlamaqdan çəkindirir.

Nəhayət, İrana qarşı qabaqlayıcı zərbələri dəstəkləyənlər iddia edirlər ki, İran öz nüvə arsenalından nüvə şantajı kimi (rejim dəyişikliyindən çəkindirici vasitə kimi) istifadə edəcək və bu, ona öz qüvvələri və etibarlı qüvvələri ilə daha çox risketmə imkanı verəcək. Yəni Kennet Valtzın yazdığı kimi, “Amerikanın nüvə silahının yayılmasına qarşı müqavimətinin böyük səbəbi budur ki, zəif ölkələrdə atom dəyənəyi varsa, bu bizim imkanlarımızı məhdudlaşdıracaq”.

Lakin bu arqument hərbi imkanlar və yerdəki reallıqlara qarşısında uduzur. İranın adi silahlarına baxsaq, o, İsrailə qarşı uzun sürən müharibədə qalib gələ və Yaxın Şərqə hakim ola bilməz. İranın müvəkkilləri də ona çox kömək etmir, çünki İsrail hazırda onlara hücum edir və onlar Tehran üçün çəkindirmə qatının xaricində kiçik siyasi gücdür. İsrailin “Hizbullah” və HƏMAS liderlərinin “başını kəsməsi” Tehranın qorxusunu və nüvə silahı əldə etmə həvəsini artırır. Bunların heç biri onu deməyə əsas vermir ki, dünya sadəcə, nüvə İranı ilə bağlı narahatlıqlara məhəl qoymamalıdır. Bunlar bəşər tarixində ən dağıdıcı silahlardır və hər hansı yeni nüvə aktoru səhnəyə girəndə ehtiyatlı olmalıyıq. Lakin Makiavellinin ifadəsi ilə desək, ehtiyatlılıq ən pis variantların ən kiçiyini seçməkdən ibarətdir. Bu halda İsrailin və Amerikanın ən pis variantı İranın nüvə obyektlərinə preventiv zərbələr vurmamaqdır.

Y. QACAR
Seçilən
43
6
reyting.az

10Mənbələr