AZ

Quba İH “xərcə düşdü”

Quba rayon İcra Hakimiyyəti şəhərdə yaşıllaşdırma işlərini həyata keçirmək üçün elan etdiyi tenderin nəticələrini açıqlayıb.

Publika.az Tribunainfo.az-a istinadla xəbər verir ki, “Star Təmir Conctruction” MMC ilə bu məqsədlə satınalma müqaviləsi imzalayıb.

Rəsmi qaynaqlarda qeyd edilir ki, İcra Hakimiyyəti bu işlərə görə, 247.776,4 manat pul ayırıb.

Həmin məlumatlara görə, dövlət qurumu 1900 kvadrat metr ərazidə bu işləri həyata keçirəcək. Bu məqsədlə 7500 ədəd ağacın əkilməsi nəzərdə tutulub. Onların arasında limon ağacları da olacaq. Paralel olaraq, İcra Hakimiyyəti ağac əkiləcək ərazinin zibillərinin əllə təmizlənməsini də reallaşdıracaq.

Seçilən
16
2
publika.az

7Mənbələr