Kremlin sözçüsü Peskov Şimali Koreya əsgərlərinin Rusiya ordusu sıralarında Ukraynaya qarşı vuruşması ilə bağlı iddiaları rədd edərək Kiyev və Qərbin Cənubi Koreyanı münaqişəyə cəlb etməyə çalışdığını bildirib.
Editor.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Şimali Koreya əsgərlərinin xüsusi hərbi əməliyyat zonasında döyüşdüyü ilə bağlı iddialara cavab olaraq bildirib.
“ABŞ-ın açıqlamalarına nəzər saldıqda Vaşinqtonun bu məsələ ilə bağlı yekun təsdiqi olmadığı görülüb. Mən bu məsələ haqqında danışmayacağam, çünki bu məsələ ilə bağlı öz fikirlərini bildirən bütün ABŞ nümayəndələri həmişə öz iddialarına “ABŞ tərəfinin yekun təsdiqi yoxdur” cümləsini əlavə edirlər”, – Peskov bildirib.
Kiyev rejimi, ABŞ və bir çox Avropa dövlətlərinin Ukrayna münaqişəsinə daha çox ölkə cəlb etməyə davam etməyə hazır olduqlarını və bunun üçün çox işlər gördüyünü deyən Peskov Ukrayna və Qərbin münaqişəni “beynəlmiləlləşdirməyə” çalışdığını vurğulayıb. O bildirib ki, son günlər Şimali Koreyanın Ukraynadakı münaqişələrdə iştirak etmək üçün Rusiyaya qoşun göndərməsi ilə bağlı iddialar Qərb siyasətçiləri tərəfindən tez-tez gündəmə gətirilir: “Mən çox sadə bir sual vermək istəyirəm: Qərbli həmkarlarımızın Rusiya və Şimali Koreya arasında hərbi əməkdaşlıq haqqında iddia etdikləri hər şeyin doğru olduğunu bir anlığa fərz etsək belə, ABŞ və onun müttəfiqləri bütün qüvvələri səfərbər edərək Zelenski rejiminə niyə kömək etsinlər? NATO-nun hərbi və kəşfiyyat potensialı nəyə görə Rusiyanın müttəfiqlərinin bunu etməyə haqqı olmasın, amma buna haqqı var ki, dünyaya əsassız məntiq sırımağa çalışır?”.
//Gülnarə Abasova, Editor.az