ABŞ-ın Las-Veqas şəhərində veteran cüdoçular arasında dünya çempionatı başlayıb.

Offsideplus.az xəbər verir ki, turnirin ilk günündə Azərbaycan təmsilçisi Fərhad Rəcəbli qızıl medal qazanıb.

O, M8 yaş kateqoriyası üzrə 90 kq çəkidə bütün rəqiblərindən üstün olub. Rəcəbli usta cüdoçular arasında dünya çempionatında 12-ci dəfə qızıl medalın sahibi olub.