AZ

İlon Mask: Harris yalan danışır

Amerikalı sahibkar İlon Mask ABŞ prezidentliyinə namizəd Kamala Harrisi yalan danışmaqda ittiham edib.

Olaylar xarici mətbuata istinadən xəbər verir ki, Mask bunu teleaparıcı Co Roqanla söhbəti zamanı deyib.

Mask ABŞ ordusunun xaricdəki döyüş bölgələrində olmaması ilə bağlı açıqlamalarına görə Kamala Harrisi yalan danışmaqda ittiham edib:

"Mən döyüş bölgələrində olan hərbçiləri tanıyıram, siz vitse-prezident kimi orada həm rəsmi, həm də qeyri-rəsmi olaraq orada olan hərbçiləri tanıyırsınız".

Onun sözlərinə görə, Harrisin bu mövzuda verdiyi mesajlar "açıq-aşkar yalanlardır".

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri bu gün keçirilir. Demokratlar Partiyasını vitse-prezident Kamala Harris, Respublikaçılar Partiyasını isə keçmiş prezident Donald Tramp təmsil edəcək. Bir çox ştatlarda səsvermə artıq başlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
20
2
olaylar.az

3Mənbələr