AZ

Azərbaycanın COP29 çərçivəsində enerji təşəbbüslərinin təqdim edildiyi tədbir keçirilib (FOTO)

Bakı. Trend:

COP29 Azərbaycan Sədrliyinin enerji təşəbbüslərinin təşviqiməqsədilə 5 noyabr tarixində energetika nazirinin müavini OrxanZeynalovun iştirakı ilə BMT-nin İqlim Dəyişmələri üzrəKonvensiyasına (UNFCCC) tərəf ölkələrlə virtual məlumatlandırmasessiyaları keçirilib.

Trend xəbərverir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafıTəşkilatı (UNIDO), Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadiKomissiyası (UNECE) və Birləşmiş Millətlər Təşkilatının Asiya vəSakit Okean Ölkələri üçün İqtisadi və Sosial Komissiyası (UNESCAP), Beynəlxalq Enerji Agentliyi (IEA) və Beynəlxalq BərpaOlunan Enerji Agentliyi (IRENA) ilə birgə keçirilmiş virtualbrifinqlərin məqsədi COP29 enerji təşəbbüsləri – Yaşıl Enerji Vədi:Yaşıl Enerji Zonaları və Dəhlizlər, Qlobal Saxlanc və ŞəbəkələrVədi və COP29 Hidrogen Bəyannaməsi barədə ölkələrə ətraflı məlumatverilməsi, təşəbbüslərə qoşulma və onları dəstəkləmə yolları barədəmüzakirələr aparmaq olub.

Gün ərzində keçirilmiş 2 sessiyada dövlət, özəl sektor,beynəlxalq təşkilatlar, maliyyə institutları təmsilçilərindənibarət 200-dən çox nümayəndə iştirak edib.

Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Seçilən
32
10
az.trend.az

2Mənbələr