AZ

Pakistanın institut rəhbəri: İqlim dəyişikliyi ilə mübarizə kompleks yanaşma tələb edir

İqlim dəyişikliyi ilə mübarizə hər bir şəxsin kompleks yanaşmasını tələb edən bir prosesdir.

“İki sahil” xəbər verir ki, bunu Pakistanın müsəlman institutunun sədri Sultan Əhməd Əli Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitində panel müzakirəsi zamanı bildirib.

Ə.Əlinin sözlərinə görə, iqlim dəyişikliyinə təsir edən daha bir mühüm aspekt müharibələr, xüsusilə kimyəvi silahların istifadəsidir.

O qeyd edib ki, ekoloji və iqlim problemləri ilə mübarizənin ən yaxşı yolu səyləri birləşdirməkdir: "Kollektiv səylərimizi birləşdirərək davamlı və təhlükəsiz gələcəyi təmin etmək üçün birgə işləyə bilərik. Ümid edirəm və inanıram ki, ölkələrimizə qayıtdıqdan sonra xalqımızı iqlim gündəliyi barədə maarifləndirəcəyik”.

Sultan Əhməd Əli Azərbaycan rəhbərliyini və COP29-un təşkilatçılarını təbrik edib.

Seçilən
35
ikisahil.az

1Mənbələr