AZ

Bu ilin 9 ayında sənaye zonalarında 129 sahibkarlıq subyektinə rezident statusu verilib

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında İqtisadi Zonaların İnkişafıAgentliyinin (İZİA) idarəçiliyində olan sənaye zonalarında 27sahibkarlıq subyektinə rezident statusu verilib.

Bu barədə Trend-ə İZİA-dan bildirilib.

Məlumata görə, bunlardan 13-ü Ağdam Sənaye Parkının, 6-sı “ArazVadisi İqtisadi Zonası” Sənaye Parkının, 2-si Sumqayıt Kimya SənayeParkının, 1-i Pirallahı Sənaye Parkının, 1-i Hacıqabul SənayeParkının, 2-si Masallı Sənaye Məhəlləsinin, 2-si Sabirabad SənayeMəhəlləsinin rezidenti kimi qeydiyyata alınıb.

Qeydiyyata alınmış rezidentlər tərəfindən sənaye zonalarınaümumilikdə 213 milyon manatdan çox investisiyanın yatırılması,2600-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Rezidentlər sənaye zonalarında fibrobeton və polistirolbetonblokların, quru inşaat qarışıqların, tamet daşların, yüksəkgərginlikli elektrik enerjisinin ötürülməsi üçün müxtəlif metalelektrik dirəklərin, ortopedik matras və yumşaq mebellərin,mühərrik və sənaye yağlarının təkrar emalı ilə baza yağların, dərivə dəri məmulatların, led işıqların, su təmizləmə cihazları vəonların ehtiyat hissələrinin, qan depolama və test qablarının və s.məhsulların istehsalını həyata keçirəcəklər.

Qeyd edək ki, indiyədək İqtisadi Zonaların İnkişafı Agentliyininidarəçiliyində olan sənaye zonalarında investisiya həcmi 7,82milyard manatdan artıq olan 129 sahibkarlıq subyektinə rezidentstatusu verilib.

Seçilən
42
10
az.trend.az

10Mənbələr