AZ

Azərbaycan HR İnstitutu İnsan resurslarının idarə edilməsi üzrə yeni dövlət standartının tətbiqi və inkişafı məqsədi ilə Əməkdaşlıq memorandumu imzalayıb

Azərbaycan HR İnstitutu İnsan resurslarının idarə edilməsi üzrə yeni dövlət standartının tətbiqi və inkişafı məqsədi ilə Əməkdaşlıq memorandumu imzalayıb

Azərbaycan Standartlaşdırma İnstitutu ilə Azərbaycan HR İnstitutu arasında AZS ISO 30414:2024 beynəlxalq standartı əsasında “İnsan resurslarının idarə edilməsi. İnsan kapitalına dair daxili və xarici hesabatvermə üzrə rəhbər qaydalar” yeni dövlət standartı üzrə Əməkdaşlıq memorandumu imzalanıb.

Bu əməkdaşlıq müəssisə və təşkilatlarda insan resurslarının idarəedilməsinə o cümlədən, insan kapitalına dair daxili və xarici hesabatvermə prosedurlarının beynəlxalq tələblərə uyğun həyata keçirilməsini, həmçinin ölkəmizdə insan resursları sahəsində yeni dövlət standartının tətbiqi və inkişaf etdirilməsini əhatə edir.

Azərbaycan HR İnstitutunun təsisçisi və direktoru Emil Hüseynov bildirib ki, standartın ölkəmizdə tətbiqi müəssisə və təşkilatlarda insan resurslarının idarəedilməsinə o cümlədən, insan kapitalına dair daxili və xarici hesabatvermə prosedurlarının beynəlxalq tələblərə uyğun həyata keçirilməsinə imkan yaradacaq.

AZS ISO 30414:2024 beynəlxalq standartının əsas məqsədi insan kapitalının müəssisəyə verdiyi faydalılıq əmsalının davamlı inkişaf etdirilməsidir. Bu standart təşkilatın növündən, miqyasından, dövlət və ya özəl sektor olmağından asılı olmayaraq bütün müəssisələrə uyğun tərtib edilmişdir.

Yeni dövlət standartı İnsan resurslarının aşağıdakı istiqamətlərini əhatə edir:

Müəssisə daxili norma və etiket qaydaları
Xərclər və Hesabatlılıq
Liderlik
Təşkilati mədəniyyət
Sağlamlıq və Təhlükəsizlik
Məhsuldarlıq
İşə qəbul və işçi axıcılığı
Səriştəliklər
Kadr hazırlığı
İş yükünün planlaşdırılması

Qeyd etmək istəyirik ki, Azərbaycan HR İnstitutu insan resursları üzrə ixtisaslaşmış peşəkar öyrənmə və inkişaf təşkilatıdır. Azərbaycan HR İnstitutunun təqdim etdiyi tədris proqramları insan resursları sahəsinin beynəlxalq standartlarına, bacarıqlarına və davranışlarına tam uyğundur.

Seçilən
48
yenicag.az

1Mənbələr