AZ

Londonda yaşayan azərbaycanlıdan BÖYÜK UĞUR - Çörçill də bu ada layiq görülüb

  Londonda yaşayan azərbaycanlı, “Guavapay” şirkətinin direktoru və komplayns üzrə baş inzibatçı Elxan Nəsibov Londonda yüksək dərəcəli “Freedom of the City of London” fəxri adına layiq görülüb.

Bu barədə Referans.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, fəxri adın təqdimetmə mərasimində London şəhərinin lord meri Alastair Kinq iştirak edib, bu mükafatın əhəmiyyətini bir daha vurğulayıb.

Qeyd edək ki, "Freedom of the City of London" ən qədim və ən prestijli fəxri adlardan biridir. 1237-ci ildən başlayaraq hər il müxtəlif sahələr üzrə öz fəaliyyətində əhəmiyyətli nailiyyətlər qazanmış şəxslərə təqdim edilir. Bu fəxri adla təltif olunanlar sırasında II Elizabet, Uinston Çörçill, Nelson Mandela, Tim Berners-Li, Stiven Hokinq kimi tanınmış və nüfuzlu şəxslərin adları var.  


Seçilən
36
13
referans.az

10Mənbələr