AZ

8 NOYABR KONSERTİNƏ HAZIRSINIZMI? - MÖHTƏŞƏM!

Bakıda 8 Noyabr - Zəfər Günü münasibəti ilə təşkil ediləcək konsert proqramı və atəşfəşanlıq üçün hazırlıq işləri aparılır...

Tezadlar.az bildirir  ki, təntənə ilə əlaqədar vacib işlərə Dənizkənarı Milli Parkda start verilib. Konsertlə əlaqəli Milli Parkda yerləşən Saat qülləsinin yanında səhnə quraşdırılır, son tamamlama işləri gedir.

Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamla təsis edilib. Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin - Zəfər Gününün hər il noyabrın 8-də qeyd edilməsi ilə bağlı qərar verilib, həmin gün qeyri-iş günüdür.

Seçilən
28
tezadlar.az

1Mənbələr