AZ

​İndoneziyada vulkan partlayışı fəlakətə səbəb oldu

İndoneziyanın Flores adasında baş verən vulkan partlayışı fəlakətə səbəb olub.

Gundem.az xəbər verir ki, təbii fəlakət nəticəsində 10 nəfər həyatını itirib. Məlumata görə, püskürmədən sonra lava axını nəticəsində yaxınlıqdakı kənddə bir neçə ev, o cümlədən monastır yanıb. Yerli dairələr bir rahibə də daxil olmaqla 10 nəfərin öldüyünü, bir nəfərin itkin düşdüyünü bildirib.

Qeyd edək ki, bölgədə silsilə partlayışlardan sonra yerli dairələr Levotobi Laki Laki dağı üçün xəbərdarlıq elan etmişdi. Vulkan iki min metrə qədər kül püskürür. Sakit okeanı “odlu qövsü”ndə yerləşən İndoneziyada 130 aktiv vulkan var.

Seçilən
21
1
gundem.az

2Mənbələr