AZ

Təl-Əvivdə Netanyahuya qarşı etiraz aksiyası keçirilib

İsrailli əsirlərin ailələri Baş nazir Benyamin Netanyahunun Qəzzada atəşkəs və əsir mübadiləsi ilə bağlı razılaşmaya mane olmasına etiraz edərək paytaxtdaki yollardan birini nəqliyyata bağladı.

SİA-nın əldə etdiyi məlumata görə, İsrailin “Kanal 12” televiziyası əsir ailələrinin paytaxt Təl-Əvivin mərkəzindəki Ayalon şosesini nəqliyyata bağlayaraq etiraz etdiyini bildirdi. Etirazçılar "İndi razılaşma istəyirik" və "Onları evlərinə qaytarın" yazılı plakatlarla yanaşı Qəzzada saxlanılan əsirlərin fotolarını daşıdı.

İsrailin kəşfiyyat xidməti “Mossad”ın direktoru David Barnea dünən israilli əsirlərin ailələri ilə keçirdiyi görüşdə “Həmas”la əsir mübadiləsi razılaşması ehtimalının az olduğunu söyləmişdi.

“Həmas” lideri Yəhya Sinvarın 16 oktyabrda İsrail ordusunun Qəzzanın cənubundakı Rəfah bölgəsinə təşkil etdiyi hücumda həyatını itirməsindən sonra əsir mübadiləsi mövzusu Vaşinqton və Təl-Əviv idarələri tərəfindən yenidən gündəmə gətirilmişdi.

Seçilən
7
2
sia.az

3Mənbələr