AZ

MİDA “Güzəştli mənzil” sistemi ilə bağlı hazırlıqlara başladı

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) “Güzəştli mənzil” sistemi ilə bağlı hazırlıqlara başlayıb.

İqtisadiyyat.az xəbər verir ki, qurum sözügedən sistemlə bağlı tender elan edib.

Tender “Güzəştli mənzil” sisteminin fasiləsiz və dayanıqlı işinin təmin edilməsi üçün 24/7 texniki dəstək və süni intellekt əsaslı monitorinq həllinin tətbiqi xidmətlərinin göstərilməsi ilə bağlıdır.

MİDA satınalmanın 1,7 milyon manata başa gələcəyini proqnozlaşdırıb.

Qeyd edək ki, MİDA bu gün Sumqayıt Yaşayış Kompleksində və Lənkəran Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı barədə elan yayıb. Sumqayıt Yaşayış Kompleksi üzrə 392 mənzilin, Lənkəran Yaşayış Kompleksi üzrə 152 mənzilin satışı dekabrın 6-da saat 11:00-da başlayacaq və dekabrın14-ü saat 11:00-dək davam edəcək.

Seçilən
30
iqtisadiyyat.az

1Mənbələr