Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı və "Bravo" supermarketlər şəbəkəsinin dəstəyi ilə “Tullantıları tinglərə dəyiş” aksiyası 1 noyabr tarixində 20 Yanvar m/s yaxınlığında yerləşən “Bravo” hipermarketin qarşısında keçirilib.
Ekologiya.az bildirir ki, aksiya zamanı vətəndaşlar ümumi tutumu 830 litr olan plastik, 148 litr olan şüşə butulka/banka və 355 ədəd işlənmiş batareya təhvil verərək əvəzində həmişəyaşıl və meyvə tingləri əldə ediblər.