AZ

Macarıstan 2025-ci ildə TDT-nin qeyri-formal sammitinə ev sahibliyi edə bilər

Bişkek. Trend:

Macarıstan 2025-ci ildə Türk Dövlətləri Təşkilatının (TDT)növbəti qeyri-formal sammitinə ev sahibliyi edə bilər.

Trend xəbər verirki, bu barədə Qırğızıstan prezidenti Sadır Japarov Macarıstanın başnaziri Viktor Orbanla geniş tərkibdə keçirilən görüşdə deyib.

“Macarıstanın 2025-ci ildə Budapeştdə Türk DövlətləriTəşkilatının növbəti qeyri-formal sammitinə ev sahibliyi etmətəşəbbüsünü tam dəstəkləyirik. Bu təşəbbüsü artıq dəstəkləmişik vəBudapeştdə keçiriləcək qeyri-formal sammitin, TDT-yə sədrlikdövrümüzdə baş tutacağından məmnunuq. Sədr dövlət olaraq, buSammitin uğurla baş tutması üçün bütün imkanlarımızdan istifadəetməyə hazırıq,” - deyə Cəfərov bildirib.

Onun sözlərinə görə, Qırğızıstan Türk Dövlətləri Təşkilatınınsabahkı Zirvə toplantısına ciddi şəkildə hazırlaşır.

“Sizin iştirakınız müzakirələrimizə xüsusi əhəmiyyət qatacaq vədövlətlərimiz arasında əlaqələri möhkəmləndirmək istəyimizivurğulayacaq. Sabahkı Sammit çərçivəsində biz vacib sənədləri birgənəzərdən keçirəcək və TDT çərçivəsində çoxtərəfli əməkdaşlığıngələcək inkişafını müzakirə edəcəyik. Əminəm ki, bu əməkdaşlıq yeninailiyyətlərə yol açacaq və əlaqələrimizi gücləndirəcək.Qırğızıstan macar qardaşlarımızın türklərlə inteqrasiya arzularını,o cümlədən sizin şəxsi töhfələrinizi yüksək dəyərləndirir”, - deyəJaparov vurğulayıb.

Seçilən
27
3
az.trend.az

4Mənbələr