“Qarabağ” UEFA Avropa Liqasının əsas mərhələsində “Budyo-Qlimt”lə oyun üçün Norveçə yollanıb.
Senzor.az Klubdan verilən məlumata istinadən bildirir ki, Ağdam təmsilçisi səfərə çarter reysi ilə yola düşüb.
Noyabrın 6-da yerli vaxtla saat 17:40-da “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı olacaq, 18:00-da isə komanda açıq məşqə çıxacaq.
Qeyd edək ki, noyabrın 7-də “Aspmüra” stadionunda keçiriləcək “Budyo-Qlimt” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.