"Euronews" kanalı Azərbaycanda COP29-a hazırlıq prosesi ilə bağlı reportaj təqdim edib.
İqtisadiyyat.az xəbər verir ki, reportajda COP29 konfransının iqlim diplomatiyasında əhəmiyyətli bir dönüş nöqtəsi olacağı vurğulanır.
Bakıda Olimpiya Stadionunun yanında 112 min m² sahədə iqlim maliyyələşdirilməsi və tullantıların azaldılması ilə bağlı mühüm məsələlərin müzakirə olunacağı bir meydan yaradılıb. Burada 40 mindən çox nümayəndə və dünya liderinin toplanacağı gözlənilir.
Reportajda, həmçinin Heydər Əliyev Beynəlxalq Hava Limanında yaradılan şərait, nəqliyyatın intellektual idarə edilməsi tədbirləri və genişləndirilmiş yerləşdirmə imkanları da qeyd olunur ki, bu da Azərbaycanın tədbiri keçirməyə hazır olduğunu göstərir.