Rusiya Prezidenti Vladimir Putin “Qəhrəmanların vaxtı” proqramının rəhbəri Mariya Kostyuka Yəhudi Muxtar Vilayətinin rəhbəri vəzifəsini müvəqqəti icra etməyi təklif edib.
Redaktor.az xəbər verir ki, dövlət başçısı təklifi Kremldə Kostyukla görüşündə səsləndirib.
Putin Kostyukun sözügedən vilayətdə doğulduğunu, regionun ictimai-siyasi həyatında aktiv iştirakını xatırladaraq ona bu vəzifəyə layiq gördüyünü bildirib.
Qeyd edək ki, Rusiyada bu il yaradılan “Qəhrəmanlar vaxtı” proqramının məqsədi Ukraynadakı müharibə iştirakçıları arasında dövlət qurumları və korporasiyalarda rəhbər vəzifələrə kadrlar hazırlamaqdır.