Türkiyə millisinin və "Benfika"nın üzvü Kerem Aktürkoğlu sentyabr və oktyabr ayları üçün Portuqaliya çempionatının ən yaxşı futbolçusu seçilib.
"Report" xəbər verir ki, 26 yaşlı hücumameyilli yarımmüdafiəçi 5 matçda 5 qol vurub və 2 assist edib.
Bununla da o, son iki ayın ən yaxşı oyunçusu adına layiq görülüb.
Qeyd edək ki, cari mövsümün əvvəli "Qalatasaray"ı "Benfika"ya dəyişən K.Aktürkoğlu Çempionlar Liqasında da 3 dəfə rəqib komandaların qapılarına yol tapmağı bacarıb