Türkiyə millisinin və "Benfika"nın yarımmüdafiəçisi Kerem Aktürkoğlu sentyabr və oktyabr ayları üçün Portuqaliya çempionatının ən yaxşı futbolçusu seçilib.
Bizim.Media xəbər verir ki, bu barədə Portuqaliya Liqasının mətbuat xidməti məlumat yayıb.
26 yaşlı futbolçu 5 matçda 5 qol vurub və 2 assist edərək son iki ayın ən yaxşı oyunçusu adına layiq görülüb.
Qeyd edək ki, Kerem Aktürkoğlunun bazar dəyəri 18 milyon avrodur. Onun "Benfika" ilə müqaviləsi 2029-cu ilə qədərdir.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta