Xəbər verdiyimiz kimi, ABŞ-da keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanmaqdadır.
Axar.az xəbər verir ki. indiyədən ilkin nəticələri bəlli olan 22 ştatda respublikaçıların namizədi Donald Tramp, 11 ştatda isə demokratların namizədi Kamala Harris qalib gəlir.
Beləliklə, prezident seçilmək üçün lazım olan 270 səsdən 210-nu Tramp artıq təmin etmək üzrədir, Harrisin isə indiyə qədər 112 səsi var.
Tramp Corciya (16 səs), Şimali Karolina (16 səs), Pensilvaniya (19 səs), Miçiqan (15 səs), Viskonsin (10 səs), Minnesota (10 səs) və Arizona (11 səs) ştatlarında da öndədir. Bu ştatlarda yalnız Arizonada cüzi səs üstünlüyünə malikdir, digər ştatlarda isə əsaslı üstünlükdədir. Hətta Arizona olmasa belə, hazırda üstün olduğu ştatlarda Tramp üstünlüyünü qoruyarsa, vaxtından əvvəl – qərb sahilindəki ştatların nəticəsini gözləmədən qələbəni təmin etmiş olacaq.