ABŞ-da prezident seçkiləri ilə eyni vaxtda keçirilən Konqres seçkilərində respublikaçılar hələ səslərin hesablanması başa çatmamış Senatdakı 100 yerdən 51-ni qazanıblar.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
Hazırkı seçkilərdən əvvəl Senatda çoxluq demokratlara məxsus idi.
Telekanal xəbər verir ki, saat 08:30-a olan məlumata görə, Nümayəndələr Palatasına keçirilən seçkilərdə respublikaçılar çoxluq üçün tələb olunan 218 səsdən 165-ni, Demokratlar isə 112-ni toplayaraq öndədirlər.
Dünən - noyabrın 5-də ABŞ-da 60-cı prezident seçkisi keçirilib. Amerikalılar prezidenti, vitse-prezidenti, ABŞ Konqresinin Senatının üçdə birini və bütün Nümayəndələr Palatasını, həmçinin 11 ştat və 2 ərazinin qubernatorlarını seçirlər.