AZ

Türkiyə vətəndaşı ABŞ-da sanksiyalara görə həbs edilib

Türkiyə

Türkiyə vətəndaşı Venesuela neftini sataraq ABŞ sanksiyalarını pozmağı planlaşdırdığı üçün Floridada həbs edilib.

Reyting.az
xəbər verir ki, 37 yaşlı iş adamı Taşkın Torlak Mayamidə Türkiyəyə getməyə hazırlaşarkən saxlanılıb.

O, Venesuela neftini sataraq ABŞ-nın sanksiyalarını pozmağı planlaşdıran prosesin iştirakçısı olduğu üçün həbs edilib.

“Bu müttəhim Venesuela neftini qeyri-qanuni satmaq planının bir hissəsi idi”,- ABŞ-nın Kolumbiya dairəsi üzrə prokuroru Metyu Qreyvs deyib.

ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, Torlak və adı açıqlanmayan digər şəxslər neft tankerlərinin adlarını və bayraqlarını dəyişdirərək və ya izləmə sistemlərini ləğv edərək Venesuela neftini satmağı planlaşdırıblar.

Torlak və onun əlaltılarının Venesuela neftini nəql etmək üçün Venesuela dövlət neft şirkətindən milyonlarla dollar aldığı iddia edilir.

V. QULİYEV
Seçilən
10
reyting.az

1Mənbələr