AZ

Tovuzda qadını avtomobil vuraraq öldürüb, hadisə yerindən qaçan sürücü aşkarlanıb

Tovuzda qadını avtomobil vuraraq öldürüb.

"Report" xəbər verir ki, hadisə ötən gün İbrahimhacılı kəndində qeydə alınıb.

Kənd sakini Kimya Bağırova naməlum avtomobillə vurulub, nəticədə qadın hadisə yerində ölüb.

Polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinərək hadisə yerindən qaçan "Toyota Auris" markalı avtomobilin sürücüsü Ramil Əkbərov müəyyən olunaraq saxlanılıb.

Ona Cinayət Məcəlləsinin iki maddəsi ilə cinayət işi başlanılıb.

Seçilən
17
12
musavat.com

10Mənbələr