AZ

Mahaçqala hava limanı işini dayandırdı

Mahaçqala hava limanı qonşu Kaspiysk şəhəri üzərində pilotsuz uçuş aparatının vurulmasından  sonra fəaliyyətini dayandırıb.

KONKRET.az  RİA Novostiyə istinadən xəbər verir ki, bunu hava limanının baş direktoru Səid Ramazanov bildirib. Xatırladaq ki, ötən gecə Xəzər dənizi üzərində Ukraynaya məxsus PUA vurulub. Ukrayna Silahlı Qüvvələri Rusiyanın daxili əyalətlərini hədəf seçməklə əhali arasında çaxnaşma yaratmağa çalışır.Ukraynadan qaldırılan PUA-lar indi də Dağıstanda peyda olub. Pilotsuz uçuş aparatının məhv edildiyi Xəzər dənizi ilə Ukraynanın ən yaxın şəhərləri arasında min kilometrdən artıq  məsafə var. Xəzər üzərində vurulan PUA ilə bağlı məlumatda bildirilir ki, zərərsizləşdirilən pilotsuz aparat Amerika istehsalıdır.

VəliHəsənoğlu,

KONKRET.az

Seçilən
17
konkret.az

1Mənbələr