Batmanda qəyyum təyin edilməsini bəhanə edərək küçələrdə xaos yaratmaq istəyənlər polis qruplarına hücum edib.
Azreform.info xəbər verir ki, PKK tərəfdarı olan təxribatçılar "molotov kokteyli" və atəşfəşanlıq fişənglərindən istifadə etməklə küçələrə çıxaraq polis maşınlarına hücum ediblər.
Küçələrdə xaos yaratmaq istəyən PKK terror tərəfdarlarının törətdikləri təxribat nəticəsində 6 polis yaralanıb. Polis 67 təxribatçı şübhəlini saxlayıb.
Mürtəza
Azreform.info