AZ

“Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin məhkəməsidir… Nə qərar veriləcək?

Bu gün Səbail rayon məhkəməsində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ilə bağlı protokola baxılacaq.

Tribunainfo.az xəbər verir ki, “Xəzər Dəniz Gəmiçiliyi” İnzibati Xətalar Məcəlləsinin ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan 266.2-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə, vəzifəli şəxslər 3500 manatdan 4500 manatadək məbləğdə, hüquqi şəxslər 10 000 manatdan 15 000 min manatadək məbləğdə cərimə edilir.

Səbail rayon məhkəməsində baxılan işlə bağlı növbəti proses bu gün keçiriləcək. İş hakim Günel Səmədovanın icraatındadır.

Qeyd edək ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Göyüş oğlu Vəliyevdir.

Qarşı tərəfi dinləməyə hazırıq.

Nigar

Seçilən
36
1
tribunainfo.az

2Mənbələr