AZ

15 ilin antirekordu

“Real” ardıcıl iki ev oyununda üç və ya daha çox qol buraxmaqla uduzub.

Msoprt.az xəbər verir ki, İspaniya nəhəngi La Liqada “Barselona”ya 0:4, Çempionlar Liqasında “Milan”a 1:3 hesabı ilə məğlub olub.

Madrid klubu son 15 ildə ilk dəfə belə halla üzləşib. “Real”ın ardıcıl iki ev oyununda uduzması və ən azı 3 top buraxmasına sonuncu dəfə 2009-cu ilin mayında təsadüf olunub.

Xuande Ramosun çalışdırdığı komanda La Liqada iki məğlubiyyət alıb. Öncə “Barselona”ya 2:6 hesabı ilə uduzan “Kral klubu” ardınca “Malyorka”ya məğlub olub – 1:3.

Qeyd edək ki, 4 oyunda 6 xal toplayan “Real” Çempionlar Liqasının Liqa mərhələsinin turnir cədvəlində 17-ci yerdə qərarlaşıb.

Seçilən
15
5
msport.az

6Mənbələr