AZ

Kamala Harris ictimai çıxışını ləğv etdi

ABŞ-də prezidentlik yarışında Respublikaçı Donald Trampın qələbə nitqinə hazırlaşdığı bir vaxtda Demokratların namizədi Kamala Harrisin bu axşam çıxış etməyəcəyi açıqlanıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə ABŞ prezidentliyi yarışında nümayəndə sayına görə rəqibi Trampdan geri qalan Harrisin seçki kampaniyasının meneceri Sedrik Riçmond bildirib.

Harrisin seçki nəticələrini izlədiyi paytaxt Vaşinqtonda Hovard Universitetində qurulan platformada kürsüyə çıxan Riçmond qısa açıqlama verərək Harrisin bu axşam çıxış etməyəcəyini bildirib.

Harrisi dəstəkləmək üçün kampusa gələn kütləyə müraciət edən Riçmond, "Hələ sayılacaq səslər var, nəticələri hələ açıqlanmayan ştatlar var" deyib. O, Harrisin sabah seçki nəticələri ilə bağlı açıqlama verəcəyini bildirib.

Seçilən
2
3
cebheinfo.az

4Mənbələr