AZ

"Son dövrlərdə teleradioların sayının artması müsbət tendensiyadır"-Prezidentin köməkçisi

Image

"Son dövrlərdə radio kanalların sayının artması, yeni televiziya kanallarının yaranması müsbət tendensiyalardır." Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi –Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 6 noyabr - Azərbaycan Televiziyası və Radiosu Günü münasibətilə "X"də yazıb.

O, peşə bayramı münasibətilə televiziya və radio işçilərini təbrik edib. H.Hacıyev xatırladıb ki, 1926-cı il noyabrın 6-da Azərbaycanda ilk dəfə radio verilişlərinin yayımına başlanılıb: "Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı il fevralın 14-də efirə çıxıb".

Mətləb






Seçilən
4
21
baki-xeber.com

10Mənbələr