AZ

Almaniya Müsəlmanları Mərkəzi Şurasının sədri: Dini Liderlərin Qlobal Sammiti dəstəyə layiq platformadır

“Dini Liderlərin Qlobal Sammiti dəstəyə layiq platformadır”.

APA xəbər verir ki, bunu Dini Liderlərin Qlobal Sammitinin ikinci günündə Almaniya Müsəlmanları Mərkəzi Şurasının sədri Əbdülsəməd Əl-Yezidi deyib.

O qeyd edib ki, iqlim dəyişikliyi istiqamətində dini liderlər arasında inteqrativ münasibətlərə ehtiyac var.

“Sammit ərzində bir çox dini təlimlərin nümayəndələrinin fikirlərini dinlədik. Bu fürsəti yaratdığına görə, Azərbaycana təşəkkür edirik. Təkcə ekologiyanın qorunması üçün deyil, ümumən, gələcəyimiz üçün Dini Liderlərin Qlobal Sammiti tipli platformalara dəstək olmalıyıq”, - deyə o əlavə edib.

Seçilən
17
apa.az

1Mənbələr