ABŞ-də prezidentlik yarışı başa çatdığı, Respublikaçı Donald Trampın qələbə nitqinə hazırlaşdığı bir vaxtda Demokratlar Partiyasının namizədi Kamala Harrisin bu axşam çıxış etməyəcəyi bildirilir. Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir. Harrisin seçki nəticələrini izlədiyi paytaxt Vaşinqtonda Hovard Universitetində qurulan platformada kürsüyə çıxan Riçmond qısa açıqlama verərək Harrisin bu axşam çıxış etməyəcəyini bildirib. "Hələ sayılacaq səslər var, nəticələri hələ açıqlanmayan ştatlar var", - Riçmond bildirib.
Kamala Harris destekçileri seçim takip merkezinden ayrıldı