AZ

Santuş yenə jurnalistləri AFFA-ya toplayır

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçiriləcək.

Sportnet.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, konfransda yığmanın UEFA Millətlər Liqasında noyabrın 16-da Qəbələdə Estoniya və ayın 19-da səfərdə İsveç yığması ilə oyunlar üçün heyəti açıqlanacaq.

Qeyd edək ki, F.Santuşun mətbuat konfransı noyabrın 8-də, saat 12:00-da AFFA-nın inzibati binasında təşkil olunacaq.


Seçilən
24
1
sportnet.az

9Mənbələr