AZ

Türkiyə XİN rəhbəri AÇIQLADI: "Ermənistan və Azərbaycan razılığa yaxındır"

"Ermənistan və Azərbaycan razılığa yaxındır"

Milli.Az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

Hakan Fidan yenidən Ermənistanla münasibətlərin normallaşmasını Ermənistan-Azərbaycan danışıqlarının nəticələri ilə şərtləndirib:

"Biz danışıqlar prosesini fəal şəkildə dəstəkləyirik və tərəflərin sərhəd məsələsində (Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası nəzərdə tutulur ) razılığa doğru getdiyini görməkdən məmnunuq". 

Nazir Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasını bir daha Ermənistan və Azərbaycan arasında aparılan danışıqların nəticələri ilə əlaqələndirərək, Ermənistan və Azərbaycan arasında sülh sazişinin Türkiyə - Ermənistan arasında münasibətlərin yaxşılaşmasına yol açacağını vurğulayıb.

Onun sözlərinə görə, Ankara sülh yolu ilə nizamlanmanı Cənubi Qafqazda sabitliyin mühüm amili hesab edir.

Nərmin Mahmudova
Milli.Az

Seçilən
19
milli.az

1Mənbələr