Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə Görüşündə iştirak etmək üçün Prezident Administrasiyasına gedib.
“Qafqazinfo” xəbər verir ki, Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşılayıb.
Sonra birgə foto çəkdirilib.
Daha sonra Türk Dövlətləri Təşkilatı Dövlət Başçıları Şurasının iclası başlayıb.
Azərbaycan Prezidenti İlham Əliyev iclasda çıxış edib.