AZ

Mərkəzi Bank və kabel televiziyası operatorunun sahibi arasında çəkişmə: Ölkədən pul çıxarılıb

Azərbaycan Mərkəzi Bankı (AMB) və KATV1 kabel televiziyası operatorunun sahibi “AG Telecom” MMC arasında məhkəmə çəkişməsi davam edir.

 

Pravda.az-ın xəbərinə görə, AMB-nin MMC barəsində tərtib etdiyi protokola Yasamal Rayon Məhkəməsinin hakimi Rauf Daşdəmirovun sədrliyi ilə növbəti dəfə noyabrın 14-də baxılacaq.

 

Xatırlatma: Protokol İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edilib.

 

Qeyd: Qeyd: “AG Telecom” 2005-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 20 manatdır və qanuni təmsilçisi Samir Qurbanovdur.

 

Xəyal Quliyev

Tarix: 6 Noyabr 2024, 12:22   
Seçilən
44
49
pravda.az

10Mənbələr