AZ

Trampın prezident seçilməsi ilə dünyada bir sıra dəyişikliklər labüd olacaq



"Trampın ABŞ-ın 47-ci prezidenti seçilməsi artıq kəsinləşdiyi üçün demək olar ki, dünyada bir sıra dəyişikliklər labüd olacaq. Bu, özünü Rusiya-Ukrayna müharibəsinin nəticəsinə təsirindən tutmuş Cənubi Qafqaz, Yaxın Şərq daxil bütün regionlarda hiss ediləcək".

Bu fikirləri Newscenter.az-a ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov səsləndirib. O deyib ki, Rusiyanın ilk baxışda qələbəsi kimi görünən gedişatı hələlik belə qəbul etmək tezdir:

"İlk növbədə Trampın seçildiyi gündən "24 saat sonra müharibəni dayandıracam" deməsini, hərfi mənada başa düşmək olmaz. Tramp prezident kreslosuna gələn ilin 20-dən sonra oturduqdan sonra görmək olacaq ki, o, sözündə nə qədər ciddidir. Hesab edirəm ki, əslində, Trampın müharibəni dayandırmaq fikri nisbidur. Müharibə dayanmaya, hətta əvvəlkindən daha şiddətli davam edə bilər. Təbii ki, ABŞ-ın dəstəyi ilə. Bunu da Tramp şərtlərinin qəbul edilməməsi durumunda deyib".

Azər Qasımov bildirib ki, Cənubi Qafqazda sülhün olacağı ehtimalı da Ukrayna müharibəsinin nəticəsinə əsasən olacaq:

"Amma indidən demək olar ki, Rusiyanın qələbə qazanması durumunda özünü bizim regionda necə aparacağı ciddi narahatlıqlar yarada bilər".

Süleyman
Seçilən
33
newscenter.az

1Mənbələr