AZ

Rusiya vətəndaşının Azərbaycandan külli miqdarda narkotik vasitə keçirməsinin qarşısı alınıb

Biləsuvar Gömrük İdarəsinin “Biləsuvar” gömrük postunda Azərbaycanın ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “kahı” yükü aparan Rusiya vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsinə gömrük baxışı həyata keçirilib.

Dövlət Gömrük Komitəsindən Herbiand.az-a bildirilib ki, kinoloji xidmət itinin reaksiyasına əsasən aparılan yoxlama zamanı yükün içərisində alüminium falqalara bükülmüş 10 ədəd bağlamada qablaşdırılmaqla gömrük nəzarətindən gizlədilmiş külli miqdarda - 10 kiloqram 360 qram qurudulmuş marixuana narkotik vasitəsi aşkar edilib.



Seçilən
7
herbiand.az

1Mənbələr