AZ

Qurani-Kərimi yandıran Paludana 4 ay həbs cəzası verilib

Qurani-Kərimi yandıran və müsəlmanları təhqir edən danimarkalı ifrat sağçı Rasmus Paludanın məhkəməsində hökm elan olunub. 
Sherg.az xəbər verir ki, məhkəmə Paludanı nifrət cinayəti törətdiyi üçün 4 ay həbs cəzasına məhkum edib.

Danimarkanın ifrat sağçı “Sərt İstiqamət Partiyası”nın (Stram Kurs) lideri Rasmus Paludan 2022-ci ildə İsveçin Malmö şəhərində Quranı yandırarkən müsəlmanları təhqir etdiyi səbəbilə nifrət cinayətinə görə 4 ay həbs cəzasına məhkum edilib.

Malmö Rayon məhkəməsindən verilən açıqlamada deyilir ki,fərqli şəxslər və qurumlar tərəfindən Qurani-Kərimi və müsəlmanları təhqir etdiyi üçün Paludana qarşı nifrət cinayəti işi açılıb.




Seçilən
19
1
sherg.az

2Mənbələr