"Donald Trampın ABŞ-ın 47-ci prezidenti olması Türkiyəyə necə təsir edəcək?" sualını da gündəmə gətirdi. Trampın Rusiya-Ukrayna müharibəsi ilə bağlı “24 saat ərzində bitirəcəm” kimi sözləri və “Suriyadan çəkiləcəyik” kimi açıqlamaları yaxın günlərdə təəccüblü hadisələrin ola biləcəyindən xəbər verir
Turkustan.az xəbər verir ki, bütün dünyanın səbirsizliklə nəticələrini gözlədiyi ABŞ seçkilərinin qeyri-rəsmi nəticələrinə görə; Donald Tramp Kamala Harris üzərində qələbə qazandığını elan edib. Bəs, Trampın qələbəsi Türkiyə ilə də yaxından əlaqəli olan bölgəmizdəki proseslərə necə təsir edəcək?
İqtisadiyyat cəbhəsində Harris prezident olduqdan sonra ilk işinin işləyən ailələr üçün ərzaq və mənzil qiymətlərini aşağı salmaq olacağını söylədi. O, bazarlarda qiymət artımını mütləq qadağan edəcəyini də bildirib. Tramp isə inflyasiyaya son verəcəyini vəd edərək Amerikanı yenidən əlverişli hala gətirəcəyini vəd etmişdi. O, faiz dərəcələrini aşağı salacağına söz verib.
Seçkilərin Türkiyəni yaxından maraqlandıran hissəsi təbii ki, Trampın xarici siyasəti olacaq. ABŞ-ı beynəlxalq siyasətdən təcrid edəcək siyasət yürüdən Tramp Rusiya ilə danışıqlar apararaq 24 saat ərzində Ukraynada müharibəni bitirəcəyini vəd edir. Tramp özünü qatil İsrailin sadiq tərəfdarı kimi təqdim edir. Lakin o, Qəzzada müharibəni necə bitirəcəyi ilə bağlı açıqlama verməyib.
Eltac Zülfüqaroğlu/Turkustan.az