Qırğızıstan COP29-da Azərbaycanı hərtərəfli dəstəkləməyə hazırdır. Bunu Qırğızıstan Prezidenti Sadır Japarov Bişkekdə Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 11-ci Zirvə Görüşü çərçivəsində bildirib.
O qeyd edib ki, yaxın vaxtlarda Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını (COP29) qəbul edəcək.
"Biz bu mühüm sammitin uğurla keçirilməsi üçün ən yaxşı arzularımızı bildiririk və qardaş Azərbaycan Respublikasını hərtərəfli dəstəkləməyə hazırıq", - S.Japarov vurğulayıb.
Onun sözlərinə görə, konfrans çərçivəsində Qırğızıstan "Dağ gündəminin təşviqi, dağlar və iqlim dəyişikliyi məsələlərinin BMT-nin İqlim Dəyişikliyi çərçivə konvensiyasına daxil edilməsi" mövzusunda yüksək səviyyəli görüş keçirəcək.
ZÜMRÜD