AZ

COP29-da nüvə enerjisi diqqət mərkəzində olacaq - Energetika naziri

Bakı. Trend:

COP29-da nüvə enerjisi diqqət mərkəzində olacaq.

Trend xəbər verir ki, bunuenergetika naziri Pərviz Şahbazov İtaliyanın Roma şəhərindəkeçirilən Dünya Termo Nüvə Enerjisi Qrupunun ilk Nazirlər İclasındaçıxışı zamanı deyib.

Çıxışda nüvə enerjisinin yüksək səmərəliliyi, minimal resurslaböyük miqdarda elektrik enerjisi istehsal etməsi və aşağı karbonemissiyası ilə təmiz, sabit və uzunmüddətli enerji mənbəyi kimiqlobal enerji keçidində mühüm rol oynadığı qeyd edilib.

Hazırda təhlükəsizlik standartlarının gücləndirilməsi,radioaktiv tullantıların düzgün idarə edilməsi, maliyyə dəstəyi vəinsanların bu enerji növünə olan etibarının artırılması nüvəenerjisinin inkişafı üçün zəruri çağırışlar kimi vurğulanıb.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nüvə enerjsinintəhlükəsiz, sülhməramlı və davamlı istifadəsi üzrə qlobalsəylərinin, həmçinin bu enerji növünün bərpa olunan enerjimənbələri ilə birlikdə qlobal enerji keçidində rolunu artırmağayönəlmiş “Atoms4NetZero” təşəbbüsünün əhəmiyyətdən bəhs edilib.

Enerji təchizatının təhlükəsizliyində etibarlı tərəfdaş olanAzərbaycanın hazırda 2030-cu ilə qədər elektrik enerjisininistehsal gücündə bərpa olunan enerjinin payının 35,5 faizəçatmasını və istixana qazı emissiyalarının 2,8 milyon tonazalmasını təmin edəcək meqa layihələr həyata keçirdiyibildirilib.

Bununla yanaşı, ölkəmizin Xəzər və Mərkəzi Asiyadan Avropayauzanan “yaşıl enerji dəhliz”lərinin yaradılması ilə geniş miqyasda“yaşıl enerji keçidi”nə töhfələri diqqətə çatdırılıb.

Nazir deyib ki, Azərbaycanın “yaşıl artım ölkəsi” məqsədinəsadiqliyinin təsdiqi olan COP29 Sədrliyinin prioritetləri, “yaşılenerji” təşəbbüsləri və “Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr”(NDC) çərçivəsində milli hədəfləri yeniləmə öhdəliyi, bütün “təmizenerji” mənbələrindən istifadənin vacibliyini ön plana çıxarır:

“Bu baxımdan hesab edirik ki, kiçik modul reaktorlar da daxilolmaqla nüvə enerjisi uzunmüddətli enerji strategiyamızda enerjikeçidini dəstəkləyən elementlərdən birinə çevrilə bilər. Azərbaycanbu sahədə beynəlxalq öhdəliklərinə sadiq qalaraq və qabaqcıltəcrübələri mənimsəyərək, enerji sektorunda yeni texnologiyalarıntətbiqi üçün AEBA ilə əməkdaşlığa hazırdır”.

Azərbaycan üçün 2024-2029-cu illəri əhatə edən “Ölkə üzrəÇərçivə Proqramı”nın nüvə texnologiyaları sahəsində Agentlik iləəməkdaşlığımızın inkişafına və enerji sektoruna mühüm töhfəverəcəyi də bildirilib.

O da qeyd edilib ki, Azərbaycan nüvədən dinc məqsədlərləistifadə prinsipinə sadiqdir və COP28, Nüvə Enerjisi Sammitindənsonra COP29-un da iqlim dəyişikliyi ilə mübarizədə nüvə enerjisininəhəmiyyətini vurğulayan və onu təşviq edən bir platforma olmasınaxüsusi diqqət yetirəcəkdir.

Seçilən
18
5
az.trend.az

6Mənbələr